Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft94.02 $▼0.01%
  • WTI neft87.02 $▼0.28%
  • Avropa qazı (TTF)85.03 €▼7.65%
  • Təbii qaz (ABŞ)2.945 $▲0.03%
  • Qızıl4 132 $▼0.11%
  • Gümüş52.72 $▼0.71%
  • Pambıq78.09 ¢▲1.04%
  • Buğda600.50 ¢▼0.04%
  • Bitcoin80 567 $▲0.17%
  • Ethereum2 428 $▲0.26%
  • S&P 5007 689▲1.59%
18°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Cəmiyyət

SOCAR-ın dənizdə itkin düşən əməkdaşının adı açıqlandı

image-neft
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

SOCAR-ın Neft Daşlarında itkin düşən əməkdaşının adı məlum olub.

Busaat.az  xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, həmkarı Namazov Mürsəl Həsənəli oğlu Neft Daşlarında itkin düşüb:

“Mürsəl Namazov dekabrın 1-i gecə növbəsində işləyərkən, sonuncu dəfə saat 5:45 radələrində iş yerində görünüb. Daha sonra onu görən olmayıb.

Meydançanın perimetri boyu, eləcə də onun yaşadığı yataqxanada axtarış aparılıb. Axtarış işlərini davam etdirmək üçün sahəyə dərhal gəmilər və dalğıclar çağırılıb. Dəniz üzərindən uçan helikopterlərə də dənizin səthini daim nəzarətdə saxlamaq göstərişi verilib.

Dünən hava şəraiti və dənizdə küləyin güclənməsi ilə əlaqədar axtarış işləri məcburən dayandırılsa da, hazırda dənizdə axtarış işlərinin davam etdirilməsinə cəhd olunur. Namazov Mürsəl Həsənəli oğlunun vəzifəsi elektrik montyorudur. 1972-ci il təvəllüdlüdür, ailəlidir, iki oğlu var. Həmkarlarımız itkin düşənin ailəsinin yanındadır, onlara mənəvi dəstək göstərməyə çalışırlar. Axtarış davam edir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=64943