Şolz Rusiyanı hədəfə alır: “İmperializm Avropaya qayıdır” – İCMAL

image-2ayfjgn4nimfwahe_1652536379backend

Almaniya kansleri Olaf Şolz Rusiyanın Ukraynanı işğal etməsindən sonra “imperializmin Avropaya qayıtdığı” qənaətinə gəlib.

Busaat.az xəbər verir ki, bu barədə Almaniya kansleri “Foreign Affairs” jurnalında yayımlanan “Çoxqütblü dövrdə yeni soyuq müharibədən necə qaçmaq olar?” adlı məqaləsində yazıb.

Şolz beynəlxalq ictimaiyyəti “bloklara bölünmüş soyuq müharibə tipli dünya nizamı” yaratmağa qarşı xəbərdarlıq edib.

Rusiyanın Ukraynaya qarşı müharibəsinin bir dövrü başa çatdırdığını ifadə edən Şolz qeyd edib: “İqtisadi cəhətdən güclü və siyasi cəhətdən iddialı Çin də daxil olmaqla yeni güclər ortaya çıxdı. Bu yeni çoxqütblü dünyada müxtəlif ölkələr və hökumət modelləri güc və təsir yaratdı”.

Şolz deyib ki, Almaniya və Avropa dünyanın yenidən rəqib bloklara parçalanacağına dair fatalist baxışa boyun əymədən qaydalara əsaslanan beynəlxalq nizamı müdafiə etməyə kömək edə bilər.

Rusiya prezidenti Vladimir Putinin Qərbə yönəlik siyasətini tənqid edən Şolz, “Putin Rusiyası tədricən Avropadan, eyni zamanda əməkdaşlıq, dinc nizamdan uzaqlaşan bir yol seçdi” – deyə, bildirib.

Rusiyanın Ukraynanı işğal etməsinə toxunan Şolz əlavə edib: “İmperializm Avropaya qayıdır. Rusiya XX əsrin ən dəhşətli hərbi üsullarından istifadə edir və Ukraynada təsvir olunmaz əzablara səbəb olur. Avropanın illərdir davam edən dinc yaşayışını və beynəlxalq sülhü darmadağın etdi. İmperiya kimi hərəkət edən Rusiya indi sərhədləri zorla yenidən cızmağa və dünyanı yenidən bloklara və təsir dairələrinə bölməyə çalışır”.

“Biz dərsimizi almışıq…”

Beynəlxalq ictimaiyyətə səslənən Şolz deyib: “Dünya Putinin istədiyini etməyə imkan verməməlidir; Rusiyanın revanşist imperialism siyasəti dayandırılmalıdır. Hazırda Almaniyaya düşən ən mühüm rol NATO-nun şərq cinahında hərbi varlığımızı gücləndirməkdir. Ordumuza sərmayə qoymaqla, Avropanın müdafiə sənayesini gücləndirməklə buna nail ola bilərik. Ukrayna silahlı qüvvələrini gücləndirmək, təlim və təchizatla təmin etmək vacibdir. Biz, beləcə, Avropada təhlükəsizliyin əsas təminatçılarından biri kimi çıxış edə bilərik”.

Almaniyanın artıq Rusiya enerji mənbələrindən asılı olmadığını qeyd edən Şolz sözlərini belə tamamlayıb: “Almaniya artıq Rusiya kömürünün idxalını tamamilə dayandırıb və AB-nin Rusiya neftinin idxalı tezliklə sona çatacaq. Biz dərsimizi aldıq: Avropanın təhlükəsizliyi enerji təchizatçıları və marşrutlarının şaxələndirilməsindən ibarətdir. Enerji müstəqilliyinə sərmayə qoyuluşu bunun ilk addımıdır”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki