Son 29 ildə dünyada xərçəng xəstəliyindən erkən ölümlər 28% artıb

image-xerceng-xesteliyibackend

Çin, ABŞ, Böyük Britaniya, İsveç, Yunanıstandan olan beynəlxalq bioloq və həkimlər qrupunun apardığı araşdırma nəticəsində məlum olub ki, xərçəng xəstəliyi dünyada daha çox gənclər arasında yayılır.

Busaat.az xəbər verir ki, “BMJ Oncology” portalı məlumat yayıb.

Məlumata görə, əvvəllər xərçəng xəstəliyinin 50 yaşdan yuxarı insanlar üçün xarakterik olduğu hesab edilirdi, lakin son araşdırma bu stereotipi təkzib edib.

Tədqiqatçılar 2019-cu ilin məlumatlarına əsasən 14-49 yaş arası insanlarda diaqnoz qoyulan 29 xərçəng xəstəliyi növü ilə bağlı məlumatları təhlil ediblər. Araşdırmaya 204 ölkədən məlumatlar daxil edilib. Onlar xəstələnmə, ölüm və illik faiz dəyişikliklərini qiymətləndiriblər.

Nəticələr göstərib ki, 2019-cu ildə 14-49 yaş arasında olan 3,26 milyon insana xərçəng diaqnozu qoyulub ki, bu da 1990-cı illə müqayisədə 79,1% çoxdur. Gənclər arasında xərçəng xəstəliyinin ən çox rast gəlinən forması süd vəzi xərçəngi olub. Bununla belə, tezliyin sürətli artımı burun-udlaq və prostat vəzi xərçəngində, ən çox azalma isə qaraciyər xərçəngində müşahidə olunub.

2019-cu ildə xərçəng xəstəliyindən erkən ölümlər 1990-cı illə müqayisədə 27,7 faiz artaraq 1,06 milyon nəfərə çatıb. Ən çox ölüm döş vəzisi, nəfəs borusu, bronxlar və ağciyər xərçəngləri, həmçinin mədə və kolorektal xərçəng xəstəliyi ilə bağlıdır. Böyrək və yumurtalıq xərçəngindən ölüm halları gənclər arasında daha sürətlə artıb, qaraciyər xərçəngi isə ən çox azalıb. Bu nəticələr mühüm ictimai sağlamlıq problemlərini vurğulayır və gənc yetkinlər arasında xərçəngin erkən aşkarlanması və qarşısının alınmasının vacibliyini vurğulayır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki