Məzmuna keç
  • Azeri Light113.45 $▼2.62%
  • Brent neft104.13 $▲0.59%
  • WTI neft96.52 $▲0.75%
  • Avropa qazı (TTF)92.07 €▼1.48%
  • Təbii qaz (ABŞ)2.909 $▲1.32%
  • Qızıl4 046 $▲1.99%
  • Gümüş51.91 $▲3.91%
  • Pambıq79.00 ¢▲2.21%
  • Buğda601.25 ¢▲1.35%
  • Bitcoin78 380 $▲1.35%
  • Ethereum2 319 $▲2.10%
  • S&P 5007 569▲0.35%
19°Bakı
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
Gündəm

SON DƏQİQƏ:DİN vətəndaşlara müraciət etdi

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi karantin rejimi çərçivəsində rayonlar və şəhərlərarası sərbəst hərəkətə qoyulan məhdudiyyətlə bağlı vətəndaşlara müraciət edib.

Busaat.az xəbər verir ki, Nazirlər Kabinetinin xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinin ərazilərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxışa tətbiq olunmuş məhdudiyyətlər 2021-ci il 25 yanvar saat 00:00-dək uzadılıb.

Bunu nəzərə alaraq, DİN Baş DYP İdarəsi bir daha vətəndaşlardan müəyyən edilmiş qaydada icazəsi olmayanların respublikanın digər şəhər və rayonlarına, eləcə də əks istiqamətdə getməyə cəhd etməmələrini, göstərilən müddətədək səbirli olmaqla mövcud qaydalara ciddi riayət etmələrini xahiş edir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=31761