Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 632 $▼0.13%
  • Ethereum2 228 $▼0.32%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Gündəm

"Son günə qədər də bu sözü deməyimizi istəyirdilər" - Şahbaz Quliyev

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Prezident İlham Əliyevə ailəmiz adından tərəfindən təşəkkür edirəm. Qarabağ Azərbaycanındır. Biz dədə-babamızın qəbirlərini ziyarət edərkən girov düşdük. Mən Dilqəmgildən əvvəl əsir götürüldüm. Qol qırıq, baş qırıq, ciyərlərimi ödümə kimi dağıtmışdılar. Axşam yatmağa qoymurdular. Çarpayının altına elə şey qoymuşdular ki, onun səsi adamı yatmağa qoymurdu. O səs hələ də qulağımdan getmir.

Busaat.az xəbər verir ki, bu sözləri keçirilən mətbuat konfransında 6 il düşmən girovluğunda qalmış Şahbaz Quliyev deyib. “Onların qondarma “Milli Təhlükəsizlik Nazirliyi” gecə dubinkaları belimizdə qırıblar. Bunların fikri beləydi ki, biz guya Azərbaycan tərəfindən divarsant kimi göndərildiyimizi deyək. Son günə qədər də bu sözü deməyimizi istəyirdilər. Qolum qırıq idi, gips qoymağa icazə vermədilər. Dedilər ki, ehtiyac yoxdu. Bir müddət sonra qırıq əlimə gips qoydular. Deyirlər üstünü görsənməsin. Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzvlərini qovdular ki, əlimi görməsinlər. Deyirdilər yazdığın məktubda o barədə heç nə yazma. Mənə 22 il həbs cəzası verildi. Şuşada bizə çox pis baxırdılar. Sonra Azərbaycanın təzyiqi ilə Qırmızı Xaç Komitəsi bizə qarşı münasibəti dəyişdi. Şəhid analarının qarşısında baş əyirəm, Azərbaycan xalqını təbrik edirəm. Ümidimiz var idi, qayıdacağıq. İlham Əliyevin dəmir yumruğu bütün Ermənistanı silkələdi. Hələ 50 il sonra, 100 il sonra da erməni söz deyə bilməyəcək. Laçın, Kəlbəcər, Ağdama bir güllə atılmadan geri qaytarıldı. Ali Baş Komandanımıza təşəkkür edirəm”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=30258