“Son söz hər bir halda Azərbaycan və Ermənistandadır…” – ŞƏRH

image-631fbcbde4bfdd277c221e91backend

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması necə reallaşacaq? Bölgəmizə sülhü hansı danışıqlar platforması gətirəcək?

Mövzu ilə bağlı siyasi məsələlər üzrə ekspert Gülsel Səfərova Busaat.az-a açıqlamasında bildirib ki, İkinci Qarabağ müharibəsində əldə etdiyimiz mütləq qalibiyyətdən sonra Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa, sülh müqaviləsini imzalamağa çalışır və regionda sülhün bərqərar olması ilə bağlı ciddi addımlar atır:

image-154d0800-e63a-4e65-8079-707ad43522c7

“Cənubi Qafqazda sülhü yalnız, Azərbaycan dövləti ilə Ermənistan özü təmin edə biləcək. Son söz hər bir halda Azərbayan və Ermənistandadır. Azərbaycan öz sülh məramını 44 günlük müharibədən dərhal sonra bildirmişdi.

Əslində müharibədən öncə də ərazi bütövlüyü çərçivəsində Ermənistanın ərazi iddialarına son qoyması, torpaqlarımızın geri qaytarılması şərti ilə sülhün əldə edilməsini 30 il ərzində dövlətimiz bəyan edibdir.

İkinci Qarabağ müharibəsində əldə etdiyimiz mütləq qalibiyyətdən sonra Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa, sülh müqaviləsini imzalamağa çalışır və regionda sülhün bərqərar olması ilə bağlı ciddi addımlar atır. Regiona sülhü Rusiya, Avropa İttifaqı yaxud da Amerik Birləşmiş Ştatlarının gətirəcəyinə inanmıram. Bu güclərin yalnız Azərbaycanda və Ermənistanda maraqları ola bilər.

Artıq 30 il ərzində biz gördük ki, ATƏT-in Minsk qrupu və digər qruplar bu münaqişənin həllində heç bir müsbət rol oynamadılar. Nə də BMT-nin qətnamələri icra edilmədi. BMT qətnamələrinin icrasını nəticədə özümüz reallaşdırdıq.

Amma ABŞ, Avropadan və digər istiqamətlərdən gələn sülh təkliflərinə açığıq. Əgər bu təkliflər sülhə töhfə verə biləcəksə Azərbaycan da buna razıdır. Cənubi Qafqaza sülh, Ermənistanın ərazi iddialarından tamamilə geri çəkilməsi, rəsmi olaraq ərazi bütövlüyümüzü tanımasından sonra sülh müqaviləsinin imzalanması ilə gələcəkdir. Digər dövlətlər isə sadəcə olaraq bu prosesə töhfə verəcəkdir…”

Busaat.az

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki