Sosial Siyasi və Mədəni inkişaf

image-04ff0a59-adec-4251-8411-da241113d96bbackend

Prezident İlham Əliyev sosial sahədə islahatlar aparır və bu sahədə aparılan islahatlar davam etdirilir.İslahatlar çox genişmiqyaslı islahatlardır və nəticə etibarilə Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində atılan önəmli addımlardır. Müstəqil Azərbaycan iqtisadi, sosial siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır. Bu dövrdə ölkədə həyata keçirilən məqsədyönlü sosial- iqtisadi islahatlar milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini təmin edir.
Vətəndaş rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin əsas hədəflərindən biridir.. Dövlət başçısının yeni Fərman və Sərəncamları bu sahədə xüsusilə son illərdə ardıcıl, geniş miqyas alan sosial islahatların növbəti mərhələsinə başlanmasına imkan yaradıb. Dövlət başçısının ‘’Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il oktyabrın 16-da imzaladığı Sərəncamına əsasən yeni islahatlar mərhələsinə başlanılıb. Bu islahatlar üzrə əməkhaqlarında, müavinət və təqaüdlərdə artımlar 2022-ci ilin əvvəlindən tətbiq olunacaq. 2,1 milyondan çox şəxsi əhatə edən yeni artımlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. “Hələ davam edən pandemiya, habelə post müharibə dövrü olmasına baxmayaraq, ölkəmizdə sosial islahatlar uğurla davam edir. Əslində 2018-2019-cu illərdən başlanan həmin sosial islahatların vacib istiqaməti və tərkib hissəsi birbaşa həssas təbəqələrin gəlirlərinin artırılmasına hədəflənib. İlk mühüm sosial islahat tədbiri minimum əməkhaqqının 300 manata çatdırılmasıdır. Azərbaycanda sosialyönümlü siyasət davam edir. Dövlət başçısının Sərəncamı əməkhaqqı artımını təmin etməklə bu sahədə növbəti addımdır və növbəti ildə də bu sahədə islahat və dəstək tədbirləri davam etdiriləcək.
Eyni zamanda, Prezident İlham Əliyevin 2021-ci il dekabrın 20-də imzaladığı yeni Sərəncam və Fərmanlarla müavinət və təqaüdlərin artırılması 732 min şəxsi, o cümlədən 132 min doktorant və tələbəni əhatə edərək onların müavinət və təqaüdlərinin 2022-ci ilin əvvəlindən artırılmasını təmin edir. Bu müavinət və təqaüd artımları üçün illik əlavə 200 milyon manat ayrılıb. İşləməyən pensiyaçı olan elmlər doktorları və fəlsəfə doktorlarına Prezidentin aylıq təqaüdündə, fəxri adlara görə aylıq təqaüdlərdə, tələbələrin təqaüdlərində də gələn ilin əvvəlindən əhəmiyyətli artımlar tətbiq olunacaq.Prezident İlham Əliyevin Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən ümumilikdə gələn ilin əvvəlindən yeni böyük sosial paket reallaşır. Gələn il üçün sosial paket 2 milyondan artıq vətəndaş üçün nəzərdə tutulub və bu məqsəd üçün qəbul edilən sosial maliyyə yükü 1,5 milyard manatdır.
Bütün bu islahatların keçirilməsi onu göstərirki inkişaf uğurlu davam edir. Əhalinin rifahının yüksəldilməsində əsaslı addımlar atılır və bu proses uğurla davam etdiriləcək. Azərbaycan qüdrətli iqtisadiyyata orduya və güclü sosial siyasətə malik bir ölkədir!
Fəridə Rəhimova- Azərbaycan Dövlət İqtisad Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki