Məzmuna keç
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 381 $▼0.48%
  • Ethereum2 336 $▼0.81%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
Hadisə

Xırdalanın mərkəzi yolundakı vəziyyətlə bağlı - Rəsmi açıqlama

image-702239873_1290730883266926_8939558249892587400_n

Xırdalan şəhərinin küçə və prospektlərində asfalt örtüyünün yararsız hala düşməsi, çala-çuxurların çoxluğu barədə tez-tez məlumatlar yayılır.

Busaat.az xəbər verir ki, bloqer Saleh Nəsirov video paylaşaraq şəhərin mərkəzi parkının qarşısındakı yolun da yararsız hala düşdüyünü bildirib.

Görüntülərdən məlum olur ki, asfalt örtüyündə bir neçə yerdə dərin çalalar yaranıb və nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.

Yayılan kadrlarla bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirilib ki, ərazidə carı təmir işləri görüləcək: “Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən rayon ərazisində abadlıq və quruculuq işləri daim diqqət mərkəzində saxlanılır. Belə ki, küçə və yollara asfalt örtüyünün çəkilməsi, piyada səkilərinin qurulması, küçələrin işıqlandırılması və abad məhəllələrin salınması istiqamətində mütəmadi işlər görülməkdədir. 2024-cü il ərzində Xırdalan şəhər İƏD-nin büdcəsində abadlıq məqsədilə ayrılmış vəsait hesabına 24 küçədə ümumilikdə 83,000 m²-dən çox asfalt örtüyü çəkilib, eləcə də 2025-ci il üçün isə 83,500 m² sahədə asfaltlanma işləri aparılıb.

Həmçinin bildiririk ki, 2026-cı il üçün Xırdalan şəhər İƏD-i tərəfindən tərtib edilmiş tədbirlər planına uyğun olaraq müvafiq küçə və yollarda eləcə də Heydər Əliyev prospektində cari təmir işlərinin aparılması nəzərdə tutulub”.///Qafqazinfo

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul