Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft93.33 $▲0.96%
  • WTI neft87.16 $▲0.60%
  • Avropa qazı (TTF)87.39 €▲2.87%
  • Təbii qaz (ABŞ)3.311 $▲0.61%
  • Qızıl4 056 $▲0.06%
  • Gümüş52.93 $▲0.78%
  • Pambıq82.68 ¢▲5.63%
  • Buğda599.25 ¢▲0.88%
  • Bitcoin73 956 $▲0.35%
  • Ethereum2 060 $▲0.48%
  • S&P 5007 521▼0.37%
11°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Diaspor

Soydaşlarımız Qarabağa qanunsuz gedən fransız siyasətçilərə etiraz etdilər

image-paris
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Fransada yaşayan Azərbaycan icması Fransa prezidentliyinə namizəd Valeri Pekrezin fransalı deputatlar Bruno Riteiro və Mişel Barnye ilə birlikdə Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərinə sərt etirazını bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının (FAKŞ) yaydığı bəyanatda bildirilib ki, Azərbaycan icması olaraq prezidentliyə namizəd Valeri Pekrezin, senator Bruno Riteiro və Avropa Parlamentinin keçmiş deputatı Mişel Barnyenin Azərbaycan Respublikasının Qarabağ bölgəsinə qanunsuz səfərini və beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan separatçı rejimin liderləri ilə görüşünü qətiyyətlə pisləyirlər:

“Bu məsuliyyətsiz siyasi addım Qafqaz regionunda möhkəm sülhə nail olmağa çalışan Azərbaycan və Ermənistan dövlət başçılarının son yaxınlaşması kontekstində xüsusilə dağıdıcı və təhlükəlidir”.

Soydaşlarımız xanım Pekrezə xatırladıblar ki, Fransanın prezidenti seçiləcəyi təqdirdə, bu səfər onu sülh prosesinin gələcək iştirakçısı kimi nüfuzdan salacaq və Fransanı istənilən beynəlxalq danışıqlardan kənarlaşdıracaq.

Nəzərə çatdırılıb ki, Fransa Prezidenti Emmanuel Makron bu yaxınlarda Azərbaycan Prezidentinin Ermənistanın Baş naziri ilə görüşünə öz töhfəsini verib. “Beynəlxalq münaqişələrdə Fransanın vasitəçilik ənənələrinə sadiq qalan, seçki maraqlarının toqquşmasının hər hansı instrumentallaşdırılmasından imtina edən fransızlar onun hörmətli və məsuliyyətli yanaşmasını yalnız alqışlaya bilər”, – deyə FAKŞ üzvləri vurğulayıblar.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=66815