Məzmuna keç
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft110.35 $▲0.76%
  • WTI neft101.52 $▲0.55%
  • Avropa qazı (TTF)93.30 €▲3.32%
  • Təbii qaz (ABŞ)3.001 $▲0.54%
  • Qızıl4 023 $▲0.04%
  • Gümüş54.10 $▼0.13%
  • Pambıq79.38 ¢▼1.10%
  • Buğda624.75 ¢▲0.28%
  • Bitcoin79 889 $▼0.19%
  • Ethereum2 314 $▼0.55%
  • S&P 5007 624▼0.52%
18°Bakı
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
Dünya

Soyuducuda saxlanılan erməni hərbçilərin cəsədləri - FOTOLAR

image-ermnei-cesed
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanda etiraz aksiyası keçirən itkin düşən əsgərlərin ailə üzvləri hərbçilərin cəsədlərinin uzun müddət soyuducuda gizlədildiyini iddia etmişdilər. Bu gün isə sosial şəbəkələrdə erməni hərbçilərin cəsədlərinin soyuducularda acınacaqlı şəkildə saxlanıldığını göstərən fotoşəkillər yayılıb.

Busaat.az-ın “Sputnik Ermənistan” saytına istinadən məlumatına görə, polietilen torbalarda saxlanılan cəsədlərin zirzəmidə pərakəndə şəkildə səpələndiyi görünür.

Şəkillər Ermənistan ictimaiyyətində ciddi rezonansa səbəb olub. Müvəqqəti Baş Nazir Nikol Paşinyanın çıxıb təcili açıqlama verməsi tələb olunur.

Buna paralel olaraq, ölən hərbçilərin yaxınları, səlahiyyətliləri 200-ə yaxın hərbçinin cəsədinin və bundan başqa ölənlərin həqiqi sayını da gizlətməkdə ittiham edirlər.

Ermənistan Səhiyyə Nazirliyi ölən hərbçilərin sayını gizlətdikləri barədə məlumatları və cəsədlərin təhqiramiz saxlanması ilə bağlı iddiaları təkzib etsə də etirazlardan sonra cəsədləri başqa yerə aparmalı olub.

Nazirlik, həmçinin internetdə yayılan fotoşəkillərlə bağlı araşdırma başladıldığını açıqlayıb.

Xatırladaq ki, bazar ertəsi günü Ermənistanda itkin düşən hərbçilərin yaxınları İrəvanın Heratsi küçəsini bağlayaraq etiraz aksiyası keçiriblər. Onlara görə, səlahiyyətlilər lazımsız səs-küydən qaçmaq üçün qurbanların cəsədlərini soyuducuda uzun müddət gizlədiblər. Etirazçılardan biri Arsen Qukasyan, meyvə soyuducuları da daxil olmaqla müxtəlif yerlərdə 200-dən çox cəsədin gizli saxlanıldığını iddia etmişdi.

image-cesed-ermeni image-ermeniler

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=48430