Məzmuna keç
  • Brent neft106.05 $▼3.58%
  • WTI neft97.19 $▼3.56%
  • Avropa qazı (TTF)95.26 €▼8.35%
  • Təbii qaz (ABŞ)2.935 $▲0.96%
  • Qızıl3 975 $▲1.66%
  • Gümüş51.03 $▲1.88%
  • Pambıq78.04 ¢▼0.19%
  • Buğda607.00 ¢▲0.71%
  • Bitcoin77 639 $▼0.75%
  • Ethereum2 283 $▲0.47%
  • S&P 5007 622▲0.55%
17°Bakı
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
Gündəm

Su sayğaclarının oxunması müvəqqəti dayandırılır

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq koronavirus infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən zəruri tədbirlər görülür.

Busaat.az-ın məlumatına görə, bu tədbirlərin tərkib hissəsi olaraq “Azərsu” ASC-nin əməkdaşları ilə vətəndaşların təmasını minimuma endirmək üçün 24.03.2020-ci il tarixindən əhali qrupuna aid mənzillərin və həyət evlərinin daxilində yerləşən mexaniki sayğacların göstəricilərinin sayğaca baxış keçirməklə oxunması müvəqqəti dayandırılır. Bununla əlaqədar cari ayda sərf edilmiş suyun həcmi əvvəlki 12 aylıq dövrdə istifadə edilmiş orta aylıq həcmə əsasən informasiya sistemi tərəfindən avtomatik olaraq müəyyən ediləcəkdir. Sonradan sayğaca baxış keçirilərkən faktiki göstəriciyə uyğun olaraq orta sərfiyyat üzrə aparılmış hesabatlara düzəlişlər ediləcəkdir.

Eyni zamanda abonentlər təqdim etdiyimiz “Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturaların formalaşdırılması” elektron xidmətindən (https://www.e-gov.az/az/login/index/?return=/az/services/read/3741/0) istifadə etməklə sayğacın faktiki göstəricisinə əsasən formalaşmış elelkron bildiriş-faktura əldə edə bilərlər.

Pilləkən qəfəsələrində, mənzillərin və həyət evlərinin xaricində quraşdırılmış sayğacların oxunması isə əvvəlki qaydada davam etdirilərək bildiriş-fakturaların abonentlərlə təmas qurmadan ünvanların girişinə yerləşdirilməsi təmin olunacaqdır.

Yaranacaq suallarla bağlı vətəndaşlar 955 saylı Zəng Mərkəzinə müraciət edə bilərlər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=6649