Bu yay “Sumqayıt”dan ayrılan Erik Sorqa karyerasını Asiyada davam etdirəcək.
Estoniya millisinin üzvü Vyetnamda çıxış edəcək. 26 yaşlı hücumçu “Ho Çi Min Siti”yə keçib.
Bu barədə yüksək liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Sorqa “Sumqayıt”da 27 oyuna çıxıb və 5 qol vurub.