Fevralın 3-ü saat 22:00 radələrində Sumqayıt şəhəri Səməd Vurğun küçəsində 1970-ci il təvəllüdlü Sədiyar Novruzov qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən Ramin Nəzərli tutularaq istintaqa cəlb olunub.
Busaat.az Oxu.az-a istinadən amansızca qətlə yetirilən şəxsin fotolarını təqdim edir:
Xatırladaq ki, aparılan araşdırmalarla zərərçəkmişin qonşusu, 2000-ci il təvəllüdlü Ramin Nəzərlinin şəxsi münasibətlər zəmnində aralarında yaranan mübahisə zamanı bıçaqla Sədiyar Novruzova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Bildirilir ki, hadisə vaxtı Sədiyar çay evində dostları ilə çay içirmiş, bu zaman onu qonşusu Ramin çölə çağırıb və mübahisə zəminində 22 yaşlı oğlan özündən 30 yaş böyük şəxsə kəsici alətlə xəsarət yetirib. Qara ciyəri zədələnən və daxili qanaxma nəticəsində çoxlu qan itirən Sədiyar Novruzov vəfat edib.
Ramin Nəzərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Şuşada külli miqdarda silah-sursat aşkarlanmışdır. Busaat.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Daxili İşlər Nazirliyi və Minatəmizləmə…
Vüsal 300" kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu barəsində əlavə ittiham verilib. Busaat.az xəbər verir ki, Vüsal Abbasova Cinayət Məcəlləsinin 192.3.
Fransada yaşayan bloqer Məhəmməd Mirzəlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BUSAAT..az xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Vüsal…
Vüsal 300" kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu barəsində cinayət işi başlanılıb. Busaat.az xəbər verir ki, "Report"un əldə etdiyi xəbərə görə…
Laçında ANAMA-nın bölmə rəhbərləri həbs edilib. Busaat.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə sentyabrın 11-də Laçın şəhərinin mərkəzində baş verib.