
Sumqayıtda itkin düşən gənc oğlan Bakıda tapılıb

Busaat.az məlumat verir ki, Sumqayıtda itkin düşən 24 yaşlı gənc tapılıb.
Polis əməkdaşlarının axtarışları nəticəsində Sumqayıt şəhər Corat bağları ərazisində yaşadığı evdən çıxaraq geri qayıtmayan 1999-cu il təvəllüdlü Pərviz Abbas oğlu Qasımov tapılıb.
O, Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.























