Dünən Sumqayıt şəhərində 52 yaşlı Sədiyar Novruzovu qətlə yetirən şəxs saxlanılıb.
Prokurorluqdan verilən məlumata görə, onu qonşusu, 2000-ci il təvəllüdlü Ramin Nəzərli şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək qəsdən öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ramin Nəzərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.