Süni tənəffüs cihazına qoşulanların sayı azalıb – RƏSMİ

Süni tənəffüs cihazına qoşulanların sayı azalıb – RƏSMİbackend

Azərbaycanda koronavirusla əlaqədar reanimasiya şöbəsində müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb.

Bu barədə Busaat.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat daxil olub.

Hazırda reanimasiya şöbəsində müalicə alan xəstələrin sayı 272 nəfərdir.

Avqustun 1-də isə həmin şöbədə müalicəsini davam etdirənlərin sayı 267 nəfər idi.

Xəstələrdən 62 nəfər süni tənəffüs cihazına qoşulub. Ötən gün isə bu say 64-ə bərabər idi.

Hazırda ölkəmizdə 4 868 aktiv koronavirus xəstəsi var. Avqustun 1-də isə aktiv xəstə sayı 5 229-a bərabər idi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90