Məzmuna keç
  • Azeri Light126.00 $▲0.00%
  • Brent neft113.43 $▲1.33%
  • WTI neft104.12 $▲1.14%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.68%
  • Gümüş49.28 $▼4.20%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.49%
  • Bitcoin77 792 $▲0.47%
  • Ethereum2 261 $▲0.37%
  • S&P 5007 580▼1.83%
20°Bakı
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
Dünya

Suriyada Rusiya ilə birlikdə patrul xidməti artırıla bilər - Akar

image-hulusi-akar
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“İstər Türkiyədə, istərsə də Suriyada yanında olduğumuz suriyalı qardaş və bacılarımız var. Onları çətin vəziyyətə salacaq istənilən vəziyyətdə qərar qəbul etmək bizim məqsədlərimizdən kənardır” .

Busaat.az xəbər verir ki, bunu Rusiya və Suriyanın müdafiə nazirləri ilə Moskvada keçirilən üçtərəfli görüşlə bağlı Türkiyə Müdafiə naziri Hulusi Akar deyib.

“Biz Suriyanın şimalında Rusiya ilə birgə patrul xidməti inkişaf etdirə bilərik” – deyə, Akar qeyd edib.

“Həmişə olduğu kimi, prezidentimizlə müntəzəm və dövri görüşümüz oldu. Ona son hadisələrlə bağlı məlumat verdik, tapşırıqlarını aldıq. Heç bir fövqəladə vəziyyət yoxdur” – deyə, nazir bildirib.

Mövcud hadisələrlə bağlı hesabatlarını təqdim etdiklərini ifadə edən Akar, Türkiyə, Rusiya və Suriya müdafiə nazirlərinin Moskvada keçiriləcək üçtərəfli görüşü ilə bağlı suala belə cavab verib: “Məqsədimiz ölkəmizi, millətimizi müdafiə etməkdir. Bunun üçün terrorla mübarizə çox mühüm elementdir. Terrorla mübarizədə əldə olunan nailiyyətlər göz qabağındadır. Biz oradakı həmsöhbətlərimizə bu məsələdə qətiyyətimizi bildirdik. Digər tərəfdən, əlavə qaçqın qəbul edəcək vəziyyətdə deyilik. Biz bunu da vurğuladıq. Başqa bir mühüm məsələ də odur ki, istər Türkiyədə, istərsə də Suriyada yanında olduğumuz suriyalı bacı-qardaşlarımız var. Onları çətin vəziyyətə salacaq hər hansı bir vəziyyətdə qərar qəbul etməyimizdən söhbət gedə bilməz. Bizim bu münasibəti hər kəs bilməli və ona uyğun davranılmalıdır. Hər hansı bir təxribata, yalan xəbərə arxalanaraq fərqli münasibət bəsləməməlidirlər. Biz bununla bağlı çox aydın siyasət yürüdürük”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=96015