Suriyaya əməliyyat siqnalı: Reuters-dən İDDİA

image-tskbackend

Taksimi qanlar içində bürüyən və 6 nəfərin həyatını itirdiyi hücumdan sonra gözlər terror təşkilatları PKK/PYD/YPG-yə çevrilərkən, yüksək rütbəli türk rəsmisi Suriyada əməliyyat siqnalı verib.

Busaat.az xəbər verir ki, bu barədə Reuters Türkiyədəki mənbələrinə istinadən məlumat yayıb.

Agentliyə danışan, adını açıqlamayan yüksək rütbəli türk rəsmisi İraqda PKK-ya qarşı əməliyyatlar başa çatdıqdan sonra Türkiyənin Suriyadakı hədəfləri təqib edəcəyini açıqlayıb.

İstiqlal küçəsində terror aktını reallaşdıran və 6 nəfərin ölümünə səbəb olan suriyalı terrorçu Əhlam Əlbəşir dindirilmə zamanı PKK/PYD/YPG tərəfindən xüsusi kəşfiyyatçı kimi yetişdirildiyini və hərəkətə keçmək üçün Afrin üzərindən qeyri-qanuni yollarla Türkiyəyə daxil olduğunu etiraf edib.

Terror təşkilatı PKK isə Taksimdə törədilən partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

Reuters-ə danışan türk rəsmisi bildirib ki, İraqdakı sərhəd əməliyyatından sonra Türkiyə Suriyanın şimalındakı hədəflərə doğru hərəkət edəcək. Türkiyədə PKK və İŞİD terrorunun qəbuledilməz olduğunu qeyd edən rəsmi Ankaranın cənub sərhədindəki təhdidləri təmizləyəcəyini bildirib.

Qeyd edək ki, Türkiyənin Suriyada mümkün əməliyyatı bir müddətdir gündəmdədir. Prezident Rəcəb Tayyib Ərdoğan bir neçə ay əvvəl Suriyada hərbi əməliyyatlara işarə edib: “Biz cənub sərhədlərimiz boyunca 30 kilometr dərinlikdə təhlükəsiz zona yaratmaq səylərimizin növbəti mərhələsinə qədəm qoyuruq”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90