Paytaxtın bir sıra yollarında 14-16 iyun tarixlərində təmir işləri aparılacaq.
Busaat.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Təmir işləri aparılacaq ünvanlar bunlardır:
– Səbail rayonu – Badamdar şosesi;
– Binəqədi rayonu – Mehdiabad-Binəqədi-Balaxanı yolunun kəsişməsi;
– Nərimanov rayonu – Ziya Bünyadov prospekti;
– Ə.Salamzadə küçəsindən Azadlıq prospekti istiqamətinə;
– “Çingizxan” mərasim evinin yanı, yan yol;
– Xətai rayonu – Babək prospekti;
– 92 nömrəli ünvanda, yan yol və maşın bazarının yaxınlığı;
– Yasamal rayonu – Ə.Haqverdiyev küçəsi;
– H.Cavid prospektindən Ş.Mehdiyev küçəsinədək;
– Nizami rayonu – R.Rüstəmov və E.Süleymanov küçələrinin kəsişməsi.