“Pakistan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın siyasi rəhbərliyini və xalqını dəstəkləyir”.
Busaat.az xəbər verir ki, bu açıqlamanı BMT layihələrində Dayanıqlı İnkişaf Məqsədləri üzrə pakistanlı ekspert, Pakistan-Azərbaycan Məzunlar Birliyinin təsisçisi Qaiser Navab bildirib.
Navab, qardaş Azərbaycanı təxminən 30 il sonra Şuşa şəhərinin Ermənistanın qanunsuz işğalından azad edilməsi münasibətilə təbrik edib.
“Azərbaycanın cəsur ordusu BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası və işğal altında olan torpaqların erməni təcavüzündən azad edilməsini təmin etmək üçün mübarizə aparır. Azərbaycanın qələbəsi Pakistanın həmçinin beynəlxalq hüquqa əsaslanan bütün ölkələrin qələbəsidir” .
Qaiser Nevab əlavə edib ki, Ermənistanın öz ordusunu işğal altındakı ərazilərdən könüllü çıxartması və qanunsuz işğala son qoymasının vaxtı çatıb.
“Ermənistanın utanc verici və qəddar üzünü artıq bütün dünya gördü. Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edirəm. Dua edirik ki, Azərbaycan bayrağı ölkənin bütün işğal olunmuş ərazilərində dalğalansın”.
Mətbuat.az