Taxıl qıtlığı ola bilər: Un və çörək bahalaşacaq? – AÇIQLAMA

image-akifbackend

Artıq payızlıq əkin sahələrində 403 min 503 hektar sahədə biçin yekunlaşıb. Sahələrdən 878 min 173 ton arpa, 366 min 723 ton buğda yığılıb.

Busaat.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, arpa sahələrinin 69,5 faizində, buğda sahələrinin isə 18,4 faizində biçin prosesi başa çatıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29,7 sentner, buğda üzrə isə 34 sentner təşkil edir.

Araşdırmalara əsasən, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu il buğda biçini 30% azdır. Həmçinin əvvəlki illə müqayisədə bu il arpanın məhsuldarlığı 0,7 sentner, buğdanın məhsuldarlığı isə 0,9 sentner aşağıdır. Belə ki, 2023-cü ilin iyunun 25-nə ölkədə orta məhsuldarlıq arpa üzrə 30,4 sentner, buğda üzrə 34,9 sentner təşkil edib.

Bu il biçində azalmanın səbəbi nədir?

Kənd təsərrüfatı eksperti Akif Nəsirli açıqlamasında bildirib ki, bu il həddindən çox yağış yağması məhsuldarlığa zərər vuran əsas səbəbdir.

Onun sözlərinə görə, yaz ayları kimi, yayda da hava şəraitinin əlverişsiz keçməsi məhsuldarlığa mənfi təsir göstərir:

“Yazda yağışın çox olması taxılın məhsuldarlığına müsbət təsir göstərsə də, biçin zamanı məhsuldarlığa zərər vurur. Yağış və külək eyni anda baş verdikdə, taxılın gövdəsi aşır və taxılı biçmək çətinləşir. Nəticədə taxılın dibində bitən otlar inkişaf edib, böyüməyə başlayır. Bu alaq otları biçin zamanı itkilərin daha da artmasına səbəb olur”.

Akif Nəsirli hesab edir ki, məhsuldarlığın aşağı düşməsi nəticə etibarilə ölkədə taxıl qıtlığının yaranmasına yol açacaq.

Akif Nəsirli: Məhsuldarlığın aşağı düşməsi taxıl qıtlığının yaranmasına yol açacaq

“Taxıl qıtlığı qarşıdakı dövrdə çörək və un məmulatlarının qiymətinin bahalaşmasına səbəb olmayacaq. Çünki ölkə daxilində yaşanan taxıl kəsirini asanlıqla ixrac edə bilirik. Ölkəmiz buğdanın 90 faizini Rusiyadan alır. Rusiyanın taxıl idxalı hər il artmaqda davam edir. Rusiya üç il bundan əvvəl ildə 30 milyon ton taxıl ixrac edirdisə, bu mövsümdə 65 milyon ton taxılın ixrac olunması hədəflənib. Bu, dünyada taxılın qiymətinin ucuzlaşmasına səbəb olacaq. Taxıl istehsal edən bütün ölkələrin əkin sahələrini genişləndirməsi fonunda ölkəmizdə taxıl yığımının azalmasının hər hansısa təhlükəsi yoxdur.Hətta qarşıdakı dövrdə Azərbaycanda çörəyin qiymətinin ucuzlaşması gözlənilir”, – deyə ekspert qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki