TƏBİB sədri Yeni Klinikanın rəhbərini VƏZİFƏSİNDƏN azad etdi – Sırada onlardır… 

image-vezife-900x560-1-1200x900backend

Azərbaycanın səhiyyə idarəetməsində genişmiqyaslı kadr islahatlarına start verilib. Cəmi bir neçə gün əvvəl, aprelin 17-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru vəzifəsinə təyin edilən Anar Bayramov qurumun idarəetmə aparatında ciddi təmizləmə işlərinə başlayıb.

Onun təyinatı sistemdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilsə də, ilk qərarlar kifayət qədər kəskin xarakter alıb. Əldə edilən məlumata görə, Anar Bayramovun müvafiq əmri ilə TƏBİB-in dörd müşaviri – Elnur Qurbanov, Emil Qasımov, Pərvin Əkbərov və Vüqar Yaqublu eyni gündə tutduqları vəzifələrdən azad olunublar.

Bu siyahıya cəmi 17 gün əvvəl TƏBİB sədrinin səlahiyyətlərini icra edən Anar İsrafilov tərəfindən müşavir təyin edilmiş həkim Zeynal Bayramlı da daxildir. Qurumdakı digər müşavirlərin də ərizələrinin alındığı və hazırda bu postlara heç bir təyinatın olmadığı bildirilir. Eyni zamanda, TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev də icraçı direktorun əmri ilə işdən kənarlaşdırılıb.

Qurumun mərkəzi aparatındakı bu “istefalar dalğası” artıq paytaxtın iri tibb müəssisələrini də bürüməyə başlayıb.

Busaat.az xəbər verir ki, NOCOMMENT.az-a daxil olan ən son məlumata görə, adı müxtəlif qalmaqallarda, o cümlədən Vüqar Qurbanov və Zaur Əliyevin tender ortağı kimi hallanan “Yeni Klinika”nın direktoru Barat Yusifov artıq vəzifəsindən azad edilib. Uzun müddətdir fəaliyyəti və tender əməliyyatları ilə bağlı müzakirə olunan Barat Yusifovun gedişi TƏBİB-in yeni rəhbərliyinin islahat karvanının ilk mühüm hədəflərindən biri hesab olunur. Bunun ardınca Kliniki Tibbi Mərkəz (KTM) və Respublika Urologiya Xəstəxanasının rəhbərliyində də bənzər kəskin qərarların veriləcəyi gözlənilir. TƏBİB rəhbərliyindəki bu radikal dəyişikliklər tibbi xidmətlərin keyfiyyətinin artırılması və idarəetmə strukturunun şübhəli şəxslərdən təmizlənməsi məqsədi daşıyır. Məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, müşahidəçilər Anar Bayramovun bu addımlarını qurumda “köhnə komanda”nın və neqativ hallarla əlaqələndirilən şəxslərin tamamilə uzaqlaşdırılması kimi xarakterizə edirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki