Təhsil nazirinin ELMİ NARAZILIĞI: Emin Əmrullayev kimin bostanına daş atır?

Təhsil nazirinin ELMİ NARAZILIĞI: Emin Əmrullayev kimin bostanına daş atır?backend

Ölkənin təhsil naziri Emin Əmrullayev Azərbaycanda elmi araşdırma və tədqiqatların səviyyəsinin çox aşağı olduğunu vurğulayıb, bir növ giley edib. Nazir, həmçinin ali təhsilin yeni modelinin qurulması ilə bağlı işlərin görüldüyünə də eyham vurub.

Emin Əmrullayev deyib:

“Gündə bir neçə saatlıq tədqiqat aparmaqla dünya alimləri ilə rəqabət aparan alim nəsli yetişdirə bilmərik. Odur ki, çalışqan olmaq lazımdır”.

Ölkədə ali təhsilin hansı səviyyədə olduğu heç kəsə sirr deyil. Ali təhsil ocaqları faktiki olaraq “diplomvermə” müəssisəsinə çevrilib. Bakalavriatura və magistraturaya qəbul imtahanlarının iki dəfə keçirilməsi də ali təhsil səviyyəsinin aşağı düşməsini tətikləyən amillərdəndir. Universitetlərdə peşəkar kadr və alim hazırlığının istənilən ölçüdə olmaması da ortada gün kimi duran gerçəklikdir.

Emin Əmrullayevin narazılığı da bu mənada haqlı narazılıqdır. Lakin nazir bir çox məsələləri deməyi və qəbul etməyi unudub.

Əvvəla, Azərbaycanda təhsil və elm sahəsindəki müstəqil qurumlar arasındakı fəaliyyət uçurumu alim nəslinin yetişməsini əngəlləyən birinci faktordur. Bir mərkəzdən idarə edilməyən qurumların gördüyü işlərdə bölünmə tendeminin olması da labüddür.

İkincisi, alimin işi elmlə məşğul omaqdır. Ancaq alimin sırf elmlə məşğul olmasını təmin etmək üçün ilk növbədə onun rahat həyat şəraitini qurmaq lazımdır. Ölkədə elmlə məşğul olan insanların yaşam şəraitinin necə olduğunu deməyə isə ehtiyac yoxdur.

Bu gün alimlər elmi araşdırmalarını çap etdirmək üçün vəsait ödəmək məcburiyyətindədirlər. Bu məcburiyyət isə birbaşa olaraq onların cibinə təsir edir. Əgər cib boş, beyin isə doludursa, o zaman hansı alimin marağı qalar elmlə məşğul olmağa?

Belə bir şəraitdə hələ təhsil naziri də çıxıb deyir ki, məqalələrin sayını, elmi ağırlığını artırmaq və çalışqan olmaq lazımdır.

Bilirik, artırmaq lazımdır, cənab nazir. Amma söyləyin: Necə?

Suala isə cavab verdik.

Əgər nazir sözlərində səmimidirsə, kiminsə bostanın daş atmaq niyyətilə söylənmiş ifadələr deyilsə, o zaman əminik ki, dediklərimizə qulaq verəcək.

Emin

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90