Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 579 $▼3.88%
  • Ethereum1 831 $▼5.02%
  • S&P 5007 562▼0.40%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Təhsil Nazirliyi müəllimlərin keçid balları ilə bağlı suallarına aydınlıq gətirdi

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Təhsil Nazirliyi müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin iştirakçılarının keçid balları ilə bağlı bəzi suallarına aydınlıq gətirib.

Busaat.az-ın məlumatına görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə namizədlərin seçdiyi vakant yerlərin boş qalmasına baxmayaraq, həmin yerlərə namizədlərin yerləşdirilməməsi səbəbini açıqlayaraq bildirib ki, yerləşdirmələr zamanı ənənəvi keçid balları tətbiq edilir. Müvafiq keçid balı olmayan şəxslərin yerləşdirilməsi aparılmır.

Keçid balı toplamayanların vakansiya seçiminə hansı səbəbdən buraxılmasına gəldikdə, M.Camalzadə qeyd edib ki, yerdəyişmə müsabiqəsi zamanı 3 tip kontingentə artım əmsalı tətbiq edilir:

“Bəzən keçid balını toplamayan həmin şəxslərə artım əmsalı tətbiq edildikdən sonra, onlar da tələb olunan keçid balını əldə edirlər. Buna görə də keçid balı olmayan şəxslər də vakansiya seçə bilirlər. Bu qayda əvvəlki illərdə də tətbiq olunub və müraciətlər zamanı vətəndaşlara bu barədə xəbərdarlıq edilib. Qeyd edim ki, elektron ərizədəki 1.0 əmsalı namizədə artımın tətbiq edilmədiyini bildirir”.

M.Camalzadə Bakı şəhərində (digər şəhər və qəsəbələrdə) yaşadığını sübut edən sənədləri elektron ərizəsində yükləyən namizədlərə müvafiq artım əmsalının hansı səbəbdən tətbiq edilmədiyini də açıqlayıb.

O qeyd edib ki, müvafiq artım əmsalı namizədin yalnız faktiki yaşadığı və ya qeydiyyatda olduğu həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi kənddə yerləşən məktəbə yerdəyişmə zamanı nəzərə alınır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=11448