Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 471 $▲0.56%
  • Ethereum1 810 $▲2.33%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

“TEKNOFEST” bu il Şimali Kıbrıs Türk Cümhuriyyətində keçiriləcək

image-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“TEKNOFEST” 2025-ci ildə Şimali Kıbrıs Türk Cümhuriyyətində (ŞKTC) texnologiya həvəskarlarını bir araya gətirəcək.

“TEKNOFEST”-dən verilən açıqlamaya görə, bu il texnologiya və innovasiyada yeni zəmin yaradacaq yeni yarışların keçiriləcəyi tədbir 1-4 may tarixlərində Ercan Hava Limanı Köhnə Terminal Binasında keçiriləcək.

ŞKTC-də yarışlar 7 əsas kateqoriya və 14 alt kateqoriya üzrə keçiriləcək.

Sosial İnnovasiya Yarışması ilə sosial faydanı artırmağı hədəfləyən gənclər sosial məsuliyyət hissi ilə innovativ həllər təqdim edəcəklər.

Türkiyə Cümhuriyyəti Prezident Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin sədri Haluk Görgün “X” hesabında paylaşım edərək deyib:

“Kıbrısdan ucalan bu qığılcım milli texnologiya təşəbbüsümüzün işığını dünyaya daşıyacaq. 1-4 may tarixlərində #TEKNOFEST Kıbrısda görüşürük. Müdafiə sənayemizin inkişafında strateji əhəmiyyət kəsb edən və birlikdə olduğumuz Kıbrıs “TEKNOFEST” ilə yerli və milli texnologiyalarımızın görüş mərkəzi olacaq. Bu böyük həyəcanı gənclərimizlə bölüşmək və yeddidən yetmişə qədər hər kəsi öz aramızda görmək istəyirik”.

“Baykar” şirkətinin “X” hesabında isə “Uçuş təqvimi yaradıldı. May ayında #TEKNOFEST ŞKTC-də olacağıq” yazıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=156444