Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft104.42 $▼0.84%
  • WTI neft96.76 $▼0.33%
  • Avropa qazı (TTF)92.07 €▼1.48%
  • Təbii qaz (ABŞ)2.904 $▲0.69%
  • Qızıl3 940 $▲0.19%
  • Gümüş49.81 $▲0.43%
  • Pambıq77.02 ¢▼0.68%
  • Buğda598.75 ¢▼1.07%
  • Bitcoin77 773 $▲1.43%
  • Ethereum2 290 $▲1.82%
  • S&P 5007 569▲0.35%
15°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Dünya

Teleqram Paşinyan hökumətinin “baş ağrısı”na çevrilib

image-telegram
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Teleqram sosial şəbəkəsi son zamanlar Ermənistan rəhbərliyinin əsl “baş ağrısı”na çevrilib. 

Busaat.az xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.

Nəşr qeyd edir ki, Ermənistanda informasiya axınından bu dərəcədə qorxan və bütün mümkün və mümkün olmayan, yol verilən və verilməyən vasitələr ilə buna qarşı mübarizə aparan rəhbərlik hələ heç vaxt olmayıb.

Bildirilir ki, son dövrlərdə Ermənistanda teleqram kanallarından alternativ məlumat mənbəyi olaraq istifadə edilməyə başlanılıb.

“Mənbələrimizin verdiyi məlumata görə, Ermənistan rəhbərliyi məşhur teleqram kanalları üzərində nəzarəti təmin etməyin yolları üzərində düşünür. Problem ondan ibarətdir ki, son zamanlar siyasi müzakirə və tənqid meydanı feysbuk sosial şəbəkəsindən teleqrama köçürülüb. Teleqram kanallarını isə qaydalara uyğun olaraq feysbuk səhifələri kimi bloklamaq və yaxud feyk hücumlar təşkil etmək mümkün deyil. Bu vəziyyət ölkə rəhbərliyini çox məyus edir. Çünki feyk sənayesi bu günə qədər feysbukda çox yaxşı işləyirdi.

Digər tərəfdən isə mahiyyət etibarilə onlar teleqramın ölkədəki fəaliyyətinə qadağa qoya bilməzlər. Bu səbəbdən də Ermənistan rəhbərliyi iki seçim arasında qalıb: ya dözmək və mövcud vəziyyətlə barışmaq, ya da problemin həlli üçün sərt, yöndəmsiz tədbirlər görmək. Lakin onlar hələ də məntiqli bir qərara gələ bilməyiblər”, – deyə məlumatda vurğulanıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=59827