Terror təşkilatı lideri ABŞ qəzetində məqalə dərc edib: “Biz Amerikanın ən sadiq müttəfiqiyik”

image-abs-terrorbackend

Türkiyənin Suriyanın şimalında quru əməliyyatına başlaması ehtimalı terror təşkilatı PKK/YPG-nin də daxil olduğu Suriya Demokratik Qüvvələrində çaxnaşma yaratmağa davam edir.

Busaat.az xəbər verir ki, noyabrın 13-də suriyalı Əhlam Əlbəşirin Taksimin İstiqlal küçəsində 6 nəfərin həyatını itirdiyi bombalı hücumundan sonra Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında terror təşkilatı PKK/YPG-yə qarşı başlatdığı hərbi əməliyyat terrorçuları qorxutmağa davam edir.

Türkiyənin mümkün quru əməliyyatına qarşı ABŞ-dan daha çox dəstək istəyən terrorçular nəhayət ABŞ-a nə qədər sadiq olduqlarını izah edərək Vaşinqtondan kömək istəyiblər. Belə ki, əsasını terror təşkilatları PKK/YPG-nin təşkil etdiyi Suriya Demokratik Qüvvələrinin lideri Mazlum Abdi “Washington Post” qəzetində “Biz Amerikanın Suriyadakı ən sadiq müttəfiqiyik, bizi unutma” başlıqlı məqalə dərc edib.

Suriyada İŞİD-ə qarşı ABŞ ilə vuruşduqlarını, lakin Türkiyənin hərbi əməliyyatı səbəbindən İŞİD-ə qarşı əldə edilən uğurların təhlükə altında olduğunu iddia edən terrorçu lider, aldıqları beynəlxalq dəstək sayəsində ölkədə təhlükəsizlik baxımından ən qabaqcıl idarəni qurduqlarını müdafiə edib. Türkiyənin son zamanlar ABŞ qüvvələrinin yerləşdiyi bölgənin yaxınlarını hədəf aldığını yazan Abdi, “Məncə bu, mənim həyatımı hədəf alan bir cəhd idi” – deyə, bildirib.

Türkiyəyə qarşı təkəbbürlü iddialarını davam etdirən terror lideri Taksimdəki bombalı hücumun arxasında olmadığı iddiasını da təkrarlayıb. Türkiyənin əməliyyatına qarşı beynəlxalq dəstək istəyən Mazlum Abdi, “Beynəlxalq ictimaiyyəti Türkiyənin qarşısını almaq üçün dərhal konkret addımlar atmağa çağırırıq” – deyə, əlavə edib.

Qeyd edək ki, Suriya Demokratik Qüvvələrinin lideri bundan əvvəl də Vaşinqtonu qınamış və “ABŞ Türkiyəyə daha güclü mesaj verməlidir” – deyə, çağırış etmişdi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90