Tesla Çində satılan 67 698 avtomobili geri çağırır

image-thumbs_b_c_55b00e423b04934240d1209b1c5ec16ebackend

ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla Çinə ixrac etdiyi 67 698 ədəd “Model S” və “Model X” markalı elektrik avtomobilini texniki səbəblərdən yaranan təhlükəsizlik risklərinə görə geri çağırıb.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Çinin Dövlət Bazarı Tənzimləmə İdarəsi yayıb.

Məlumatda, yoxlamalar zamanı şirkətin akkumulyator idarəetmə sisteminin sözügedən nəqliyyat vasitələrinin proqram təminatındakı səhvlər səbəbindən hesablama səhvlərinə yol verdiyi bildirilib.

Açıqlamada, 25 sentyabr 2013-cü il və 21 noyabr 2021-ci il tarixləri arasında istehsal edilən və geri çağırılan 67 min 698 avtomobildəki səhvləri aradan qaldırmaq üçün proqram təminatının yenilənəcəyi qeyd edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki