“The Wall Street Journal”: Ford Almaniyadakı zavodunu Çinin BYD şirkətinə satacaq

image-ford-recalls-almost-half-million-vehicles-to-fix-engine-fire-issues-and-door-problemsbackend

Avtomobil nəhəngi Ford, Çinin elektrik avtomobil istehsalçısı BYD Co ilə onun Almaniyadakı istehsal müəssisələrindən birini satmaq üçün danışıqlar aparır.

Busaat.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazır.

Məlumata görə, şirkət bunu maliyyə problemləri səbəbindən etməyə hazırlaşır.

Söhbət Zarlouisdəki zavoddan gedir, burada avtomobillərin istehsalı 2025-ci ilə qədər dayandırılmalıdır. Jurnalın məlumatına görə, danışıqlar ilkin mərhələdədir və mütləq sövdələşməyə gətirib çıxarmayacaq. Elektrikli avtomobillər üçün akkumulyator materiallarının qiymətlərinin artması və ABŞ və Avropa İttifaqında iqtisadi artımın yavaşlaması avtomobil istehsalçılarını xərcləri azaltmağa məcbur edir.

Daha əvvəl bildirilmişdi ki, Ford iş yerlərini ixtisar etmək planı çərçivəsində 3200 işçi ilə yollarını ayırmağı planlaşdırır. İxtisarların əksəriyyəti Almaniyada, əsasən şirkətin inzibati heyətində baş verəcək. Ümumilikdə, şirkət elektrik avtomobillərinin istehsalı üçün lazım olan maliyyəni təmin etmək üçün xərclərin 3 milyard dollarını necə azaldacağı düşünür.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90