Çin və Səudiyyə Ərəbistanı arasında 7 milyard dollar dəyərində 3 illik svop müqaviləsi imzalanıb.
Busaat.az xəbər verir ki, Çin və Səudiyyə Ərəbistanı Yaxın Şərq ölkələrinin və qeyri-neft ticarətinin daha böyük hissəsini dollardan ayıracaq kritik bir addım atdılar.
Bildirilir ki, iki ölkənin mərkəzi bankları üç illik razılaşmada ən çoxu 50 milyard yuan və ya 26 milyard rial dəyərində svop müqaviləsi üzrə razılığa gəliblər.
Çin Mərkəzi Bankından verilən açıqlamaya görə, svop müqaviləsi maliyyə əməkdaşlığının gücləndirilməsinə, ölkələr arasında ticarət və investisiyaların asanlaşdırılmasına kömək edəcəyi bildirilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı uzun müddətdir Çinin əsas neft tədarükçülərindən biri olsa da, son illərdə ticarət əlaqələri genişlənib, Səudiyyə Aramco Çinin neft-kimya sektoruna milyardlarla dollar sərmayə qoyub və Krallıq Çin texnologiya şirkətlərini cəlb etməyə başlayıb.