Kreml: “Səudiyyənin energetika nazirinin Rusiya səfəri neft bazarını müzakirə etmək üçün yaxşı fürsətdir”

image-kremlbackend

Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Əl Səudun Rusiyaya səfəri Yaxın Şərqdəki vəziyyəti nəzərə alaraq neft bazarını müzakirə etmək üçün yaxşı fürsətdir.

Busaat.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.

“Nazirin Moskvaya səfəri bunun üçün yaxşı şans olacaq”, – Kreml sözçüsü deyib.

Rusiya baş nazirinin müavini Aleksandr Novak daha əvvəl enerji bazarındakı vəziyyətlə bağlı Rusiya-Səudiyyə Ərəbistanı danışıqlarının mümkünlüyü barədə məlumat verib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90