“Tofiq Bəhramov olan yerdə VAR nəyə lazımdır?!” – Ceyms Şarp

image-ceyms-sharpbackend

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Avro-2020-nin 1/8 finalında İngiltərə – Almaniya oyunundan əvvəl maraqlı paylaşım edib.

Busaat.az xəbər verir ki, o, özünün “Tvitter” səhifəsində dünya şöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun şəklini paylaşıb və bu sözləri yazıb: “Bu axşam “Uembli” stadionunda keçiriləcək matçı izləməyi səbirsizliklə gözləyirəm. “Tofiq Bəhramov olan yerdə VAR nəyə lazımdır?!”.

Bu gün keçiriləcək İngiltərə – Almaniya qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xatırladaq ki, 1966-cı ildə keçirilmiş dünya çempionatının finalında İngiltərə Almaniyanı əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunun əlavə vaxtında 4:2 hesabı ilə məğlub edib. Həmin görüşdə yan xətt hakimi azərbaycanlı Tofiq Bəhramov olub. Onun qərarından sonra İngiltərə yığması əlavə vaxtda 3:2 hesabı ilə önə keçib. Bəhramov topun qapı xəttini keçdiyini bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90