Tomas Müller gələn yay “Bavariya”nı tərk edə bilər

image-tomas-mullerbackend

“Bavariya”nın yarımmüdafiəçisi Tomas Müller Münhen klubunu tərk edə bilər.

Busaat.az xəbər verir ki, bu barədə Kicker məlumat yayıb.

Mənbənin sözlərinə görə, futbolçu artıq komandadan getməyi düşünür. O, gələn yay azad agent olacaq və müqaviləni uzatmaq üçün heç bir səbəb görmür. “Bavariya”nın bu mövsüm keçirdiyi on matçda Müller cəmi 169 dəqiqə oyun keçirib.

Müller 2009-cu ildən “Bavariya”da çıxış edir. Transfermarkt internet portalı futbolçunun dəyərini 12 milyon avro qiymətləndirir. Bu mövsüm futbolçu bütün turnirlərdə altı matçda iştirak edib və bir məhsuldar ötürmə edib.

Almaniya millisinin üzvü kimi Müller 2014-cü il dünya çempionatının qalibi, 2010-cu il dünya çempionatının bürünc mükafatçısı və iki dəfə – 2012 və 2016-cı illərdə Avropa çempionatının bürünc medalını qazanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki