Tsipin tarixi qələbə qazandı: Çinin anlaşılmaz partiya-dövlət sisteminin İZAHI

image-tsipinbackend

Çin prezident Si Tsipin 2012 və 2017-ci illərdəki qələbənin ardından yenidən qələbə qazanaraq, Çin Xalq Respublikasının qurucusu Mao Zidonqdan sonra partiya rəhbərliyinə ardıcıl üçüncü dəfə seçilən ilk lider olub.

Busaat.az xəbər verir ki, Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin ilk iclasında 25 nəfərdən ibarət Siyasi Büro, 10 nəfərdən ibarət Mərkəzi Hərbi Komissiya, 7 nəfərdən ibarət Daimi Komitə və Baş Katib müəyyən edilib.

İclasdan sonra Baş Katib Si Tsipin və yeni seçilmiş Daimi Komitənin digər üzvləri Li Çianq, Van Huninq, Cao Liçi, Li Xi, Cai Xi və Dinq Şueksianq protokol qaydasına uyğun olaraq mətbuat qarşısına çıxıblar.

Daimi Komitəyə dörd yeni ad seçilsə də, üzvlərin hamısının Tsipinə yaxın olması diqqət çəkib.

Şanxay Partiyasının katibi Li Çanq, Pekin Partiyasının katibi Cai Xi, Quangdonq Partiyasının katibi Li Xi və ÇKP-nin Baş Ofisinin direktoru Dinq Şueşyan yeni seçilən adlardır.

Komitə üzvlərini təqdim etmək üçün etdiyi çıxışda Tsipin bildirib ki, son onilliyin iki “yüzillik məqsədi”ndən birincisi olan “bütün aspektlərdə orta rifah cəmiyyəti yaratmaq məqsədinə” nail olunub və növbəti onillikdə məqsəd “hərtərəfli güclü, müasir sosialist cəmiyyət yaratmaq” olaraq təyin olunub.

ÇKP-nin mərkəzi idarəetməsi piramida strukturuna bənzəyir, burada hər bir idarəetmə orqanı öz səlahiyyətlərini özü tərəfindən seçilən məhdud nümayəndələrdən ibarət daha yüksək orqan vasitəsilə həyata keçirir və nəticədə hakimiyyət yuxarıdakı ÇKP Baş Katibində tabe olur.

Təkpartiyalı hökumətin mövcud olduğu, dövlət və partiya idarəçiliyinin iç-içə və üst-üstə düşdüyü ölkədə ÇKP-nin ali rəhbərliyinin necə formalaşacağı dövlət və hökumət orqanlarının strukturlaşmasına da birbaşa təsir göstərir.

Daimi Komitəyə seçilən üzvlər yaxın aylarda dövlət və hökumət vəzifələrinə təyin olunurlar. ÇKP-nin baş katibi dövlət başçısı, digər adlar isə baş nazir, parlament sədri, məsləhət şurasının sədri, vitse-prezident, baş nazirin müavini təyin edilir.

Maodan bəri “iki müddətdən çox hökmranlıq edən ilk lider”
ÇKP-nin Baş Katibi Si Tsipinin Baş katibliyi üçüncü müddətə keçərək, Çin Xalq Respublikasının qurucusu Mao Zidonqdan sonra iki müddətdən artıq partiyaya rəhbərlik edən ilk lider kimi tarixə keçib.

Tsipinin 2023-cü ilin mart ayında keçiriləcək Ümumçin Xalq Nümayəndələri Konqresinin iclasında üçüncü dəfə prezident seçiləcəyi və səlahiyyətlərini üçüncü müddətə daşıyacağı gözlənilir.

Qeyd edək ki, Çin Konstitusiyasına 2018-ci ildə edilən düzəlişlə prezidentlik müddətini iki dəfə ilə məhdudlaşdıran qayda ləğv edilib və beləliklə, Tsipinin liderliyini üçüncü müddətə daşımasına yol açılıb.

Yaxın gələcəkdə Tsipin baş katib, dövlət başçısı və Mərkəzi Hərbi Komissiyanın sədri kimi partiyaya, dövlətə və orduya rəhbərlik etməyə davam edəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki