Türk kinosunun unudulmaz adlarından olan Meral Kurtuluş 87 yaşında dünyasını dəyişib.
Busaat.az türk mediasına istinadən xəbər verir ki, Yeşilçam dövrünün ikonik aktyorlarından olan Kurtuluşun ölüm xəbəri sənət ictimaiyyətində dərin kədər hissi yaradıb.
Meral Kurtuluş 1992-ci ildə dünyasını dəyişən ustad aktyor Cevat Kurtuluşun həyat yoldaşı kimi də tanınırdı.
1960-cı ildə çəkilən “Ayşecik” filmi ilə kinoya ilk addımını atan Meral Kurtuluş qısa zamanda tamaşaçı sevgisini qazanıb. Karyerası boyunca 100-ə yaxın film çəkən sənətçi, xüsusilə ikinci plan rollardakı uğurlu performansı ilə türk kinosunun önəmli adlarından biri oldu. Sənət karyerası boyunca çoxsaylı film və tamaşalarda iz buraxan Kurtuluş, xüsusilə emosional rollardakı uğurları ilə yadda qalıb.