Türkiyə dənizdə nəhəng qaz anbarı quraşdırır

image-defaultbackend

Türkiyə dənizin 2200 metr dərinliyində quyulardan gələn Qara dəniz qazını toplayacaq 280 tonluq su anbarı quraşdırıb.

Busaat.az xəbər verir ki, əməliyyat iyirmi saat davam edib.

Belə ki, dənizin 2200 metr dərinliyində quraşdırılan sistemlə quyulardan gələn qaz toplanacaq. Toplanmış qazı əsas kəmərə birləşdirəcək 280 tonluq nəhəng paylayıcı çən quraşdırılıb.

Türkiyə tarixində ən böyük təbii qaz kəşfi hesab edilən Sakarya qaz yatağında Türkiyə Neft Şirkəti (TPAO) ekipajlarının işlərə davam etdiyi bildirilib.
Bundan əvvəl Sabah qəzeti yazıb ki, Türkiyə Qara dənizdəki Sakarya yatağından 540 milyard kubmetr qazın hasilatı və nəqli layihəsinə təxminən 10 milyard dollar sərmayə qoyacaq. Planlara görə, yataqdan ilk qaz Türkiyəyə 2023-cü ildə tədarük ediləcək.

Qara dənizdə kəşf edilən qaz yatağının dəyərinin təxmini 400 milyard dollar olduğunu qeyd olunub.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90