Məzmuna keç
25 Oktyabr 2026, Bazar
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 705 $▲0.47%
  • Ethereum2 353 $▲0.64%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
Dünya

Türkiyə parlamenti Baydenin “soyqırımı” ifadəsinə qarşı bəyanat qəbul etdi

image-turkiye

Türkiyə Böyük Millət Məclisində ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə əlaqədar işlətdiyi “soyqırımı” ifadəsinə qarşı bəyanat qəbul olunub.

Busaat.az  xəbər verir ki, bəyanatda Baydenin açıqlaması sərt şəkildə qınanılıb.

“ABŞ Prezidenti Co Baydenin 24 aprel 2021-ci il tarixli açıqlaması ilə 1915-ci il hadisələri ilə əlaqədar erməni lobbilərinin iddialarını ehtiva edən tezisləri mənimsəməsini, Türkiyə Böyük Millər Məclisi olaraq təəssüflə və şiddətlə qınayır, tarixin siyasi motivlərlə təhrifindən başqa məna daşımayan bu əsassız iftiraları ən güclü şəkildə rədd edirik.

Tarixi mövzularda hökm verməyə hüquqi və əxlaqi icazəsi olmayan ABŞ prezidentinin bu açıqlaması nəzərimizdə yox hökmündədir.

Baydeni tarixi həqiqətlərlə əlaqəsi olmayan, millətimizin vicdanını dərindən yaralayan bu xətalı açıqlamasını dəyişdirməyə, başda türk və erməni xalqları olmaqla, bölgə xalqları üçün sülh, sabitlik və təhlükəsizlik içində yaşamağa çalışmalarını dəstəkləməyə və ikitərəfli əlaqələrimiz üzərində qaçılmaz olaraq mənfi təsirlər göstərəcək bu qərardan geri dönməyə dəvət edirik”, – bəyanatda deyilir.

Bundan sonra Ümumi Şurada səsverməyə çıxarılan bəyanat qəbul edilib.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul