Türkiyə, Suriya və Rusiya nümayəndələri fevralda görüşəcək – Hulusi Akar

image-akarbackend

Türkiyənin müdafiə naziri Hulusi Akar üçtərəfli danışıqlar çərçivəsində Türkiyə, Suriya və Rusiya nümayəndə heyətlərinin görüşünün fevralda keçiriləcəyini bildirib.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Sözcü qəzeti yayıb.

Lakin o, danışıqların dəqiq tarixi və yerini açıqlamayıb.

Fevralda müdafiə və kəşfiyyat nazirliklərinin texniki nümayəndə heyətləri Suriya-Rusiya-Türkiyə formatında üçtərəfli görüşün davamı kimi görüşəcək. Akar Türkiyənin “Sözcü” qəzetinə müsahibəsində dialoqun davam edəcəyini bildirib.

Qeyd edək ki, ötən ilin dekabrın 27-də Moskvada Türkiyə, Suriya və Rusiyanın müdafiə nazirlikləri arasında danışıqlar keçirilib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, idarə rəhbərləri Suriyadakı vəziyyəti, eləcə də bu ölkədəki ekstremistlərə qarşı mübarizəni müzakirə ediblər. Suriya görüşün nəticələrini müsbət qiymətləndirib.

Yanvarın 29-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranın nümayəndə heyətlərinin növbəti görüşündə danışıqlara qoşula biləcəyini qeyd edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da İranın danışıqlara daxil edilməsi təklifini dəstəkləyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90