Türkiyə tezliklə Rusiyaya yeni səfir təyin edəcək
Türkiyənin Rusiyadakı hazırkı səfiri Mehmet Samsarın missiyası başa çatır.
Busaat.az xəbər verir ki, bu barədə TASS-a diplomatik mənbə bildirib.
“Səfir öz missiyasını başa vurur. Konkret gediş tarixi ilə bağlı heç nə məlum deyil. Tezliklə yeni səfir təyin olunacaq”, – mənbə qeyd edib.
Mehmet Samsar 1966-cı ildə anadan olub. O, 2019-cu ilin iyul ayından Hüseyn Diriözdən sonra Rusiyada səfir vəzifəsində çalışır.





