Türkiyə və Suriya prezidentlərinin seçkilərdən əvvəl görüşmə ehtimalı yoxdur – Ərdoğanın sözçüsü

image-kalinbackend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və suriyalı həmkarı Bəşər Əsəd arasında görüş 2023-cü ilin iyununda Türkiyədə keçiriləcək prezident seçkilərindən əvvəl baş tutmayacaq.

Busaat.az xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “A Haber” telekanalına bildirib.

“Görüş üçün şərtlər yetişməlidir. Bunun prezident seçkilərindən əvvəl olacağını düşünmürəm” – deyə, Kalın deyib.

O əlavə edib ki, Türkiyə Suriya ilə xüsusi xidmət orqanları səviyyəsində əlaqələr saxlayır.

Türkiyə mətbuatı Ərdoğanın avqustun 5-də Rusiya prezidenti Vladimir Putinlə Soçidə apardığı danışıqlardan sonra yazıb ki, Ankara Türkiyə və Suriya liderləri arasında birbaşa əlaqənin yaradılmasını müzakirə edir. Türkiyə rəsmiləri hazırda belə bir danışıqların planlaşdırılmadığını və Ankara ilə Dəməşqin dialoqu yalnız kəşfiyyat xidmətləri vasitəsilə davam etdirdiklərini bildiriblər.

Oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyinin sammitindən sonra Ərdoğan bildirib ki, hazırda Əsədlə görüşdən söhbət gedə bilməz, lakin o, doğru zaman yetişdiyi anda Suriya lideri ilə görüşə bilər.

Noyabrın 27-də Ərdoğan Qahirə ilə olduğu kimi Ankara ilə Dəməşq arasında münasibətlərin yaxşılaşa biləcəyini deyib. Ərdoğan və əs-Sisi noyabrın 19-da Qətərdə 2022-ci il futbol üzrə dünya çempionatının açılış mərasimi çərçivəsində ilk şəxsi görüşlərini keçiriblər. İki prezident bir-birini salamlayıb, əl sıxıb və təxminən yarım saat söhbət ediblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90