Türkiyə yenidən İraqa elektrik enerjisi ixrac edəcək

image-267backend

“Ötən gündən etibarən Türkiyənin İraqa elektrik enerjisi ixracı bərpa olunub”.

Busaat.az “Milliyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

Bildirilib ki, prezident Rəcəb Tayyib Ərdoğanın 22 apreldə İraqa səfəri çərçivəsində mümkün iş birliyi müzakirə olunub.

Səfərdən 3 ay sonra iki ölkənin enerji sahəsində yeni bir addım atılıb. Nəticədə Türkiyə 3 illik fasilədən sonra İraqa elektrik enerjisi ixracına başlayıb.

Türkiyə ilə İraq arasında mövcud olan 400 kV-luq “Cizre-Kaşek” qarşılıqlı əlaqə xətti vasitəsilə İraqa veriləcək. Türkiyənin maksimum 300 meqavat elektrik enerjisi ixrac edəcəyi gözlənilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki