Məzmuna keç
  • Azeri Light113.45 $▼2.62%
  • Brent neft94.63 $▼8.59%
  • WTI neft88.04 $▼8.10%
  • Avropa qazı (TTF)85.03 €▼7.65%
  • Təbii qaz (ABŞ)2.950 $▲2.75%
  • Qızıl4 072 $▲2.66%
  • Gümüş52.33 $▲4.74%
  • Pambıq78.09 ¢▲1.04%
  • Buğda599.25 ¢▲1.01%
  • Bitcoin80 453 $▲4.04%
  • Ethereum2 430 $▲6.96%
  • S&P 5007 689▲1.59%
18°Bakı
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
Dünya

Türkiyədə də uşaqlar üçün sosial şəbəkələr qadağan edildi

image-social_networks
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyə parlamenti 15 yaşından kiçik uşaqlar üçün sosial şəbəkələri qadağan edən qanun layihəsini qəbul edib.

Busaat.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, sənədə əsasən, qanun qüvvəyə mindikdən sonra 15 yaşından kiçik şəxslər sosial şəbəkələrdə qeydiyyatdan keçə bilməyəcəklər.

Qanun həmçinin rəqəmsal platformalardan yaş yoxlama sistemləri qurmağı tələb edir.

Bundan başqa, valideynlər uşaqların ekran vaxtına və onlayn xərclərinə nəzarət etmək üçün alətlər əldə edəcək, “fövqəladə vəziyyətdə” isə böyük sosial şəbəkələr zərərli məzmun meydana çıxdıqdan sonra bir saat ərzində müdaxilə etməli olacaqlar. Qanun rəsmən dərc edildikdən 6 ay sonra qüvvəyə minəcək.

Qeyd edək ki, daha əvvəl Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq edilən məhdudiyyətlər qüvvəyə minib. Bu ilin martında oxşar təşəbbüslər İndoneziya və Braziliyada qəbul edilib. İspaniya, Fransa və Böyük Britaniyada da analoji məhdudiyyətlərin tətbiqi nəzərdən keçirilir. Bu ilin fevralında isə Azərbaycan Prezidenti İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=182265