Məzmuna keç
  • Azeri Light113.45 $▼2.62%
  • Brent neft100.34 $▼3.07%
  • WTI neft93.13 $▼2.79%
  • Avropa qazı (TTF)88.17 €▼4.24%
  • Təbii qaz (ABŞ)2.903 $▲1.11%
  • Qızıl4 047 $▲2.03%
  • Gümüş51.95 $▲3.98%
  • Pambıq78.15 ¢▲1.11%
  • Buğda601.00 ¢▲1.31%
  • Bitcoin78 496 $▲1.50%
  • Ethereum2 321 $▲2.18%
  • S&P 5007 658▲1.18%
19°Bakı
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
Dünya

Türkiyədə edam cəzası bərpa olunur? - "Gündəmə gələ bilər..."

image-1654083510_erdogan
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyada keçirilən NATO dövlət və hökumət başçılarının zirvə toplantısının yekununda jurnalistlərə açıqlama verib.

“TRT haber” xəbər verir ki, Türkiyə lideri Pınar Gültəkini qətlə yetirən Camal Metin Avcının ağırlaşdırılmış ömürlük həbs cəzasının 23 ilə endirilməsi qərarını haqsız kimi dəyərləndirib.

Ölüm hökmünün gündəmə gələ biləcəyini deyən dövlət başçısı sözlərinə davam edib:

“Ölkə gündəminə yenidən edam cəzası məsələsi gələ bilər və bu müzakirə oluna bilər. Təbii ki, Pınar xanımın qətli də təsadüfi ölüm deyil. Bu vəhşilik bu millətə yaraşmaz. Bunun üçün ədliyyə naziri ilə lazımi danışıqlar, müzakirələr apardıq. Lazım gələrsə, bu, yenidən gündəmə gətirilməli, müzakirə mövzusuna çevrilməlidir.

Bu müzakirələrdən nə çıxacağını görməliyik. Daha sonra nəticəyə uyğun addımlar atılacaq. Çünki Pınar xanımın vəziyyətinə bənzər çoxlu faciələr yaşanıb. Təbii ki, bu, konstitusiya dəyişikliyini tələb edən məsələdir. Mən əvvəl də qeyd etmişəm ki, Ədliyyə Nazirliyinin araşdırmasında parlament belə bir qərar çıxarsa, mən həmin qərarı təsdiq edəcəyəm”.

Qeyd edək ki, Türkiyənin Muğla vilayətində Pınar Gültəkin keçmiş sevgilisi tərəfindən qətlə yetirilib. Qatilin sözlərinə görə, qısqanclıq zəminində yaranan münaqişə nəticəsində o, gənc qızı ilk öncə əlləri ilə boğaraq öldürüb, daha sonra cəsədini zibil qutusunda yandıraraq üzərinə beton töküb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=80702