Türkiyədə koronavirusdan ölənlər necə dəfn edilir?backend

Türkiyədə koronavirusdan dünyasını dəyişənlərin necə dəfn edildiyi ictimaiyyətin marağındadır. 

Busaat.az xəbər verir ki, bununla bağlı sualı Türkiyənin infeksionist həkimi Ümid Savaşçı cavablayıb. Həkim bildirib ki, vəfat edənlər xüsusi tabletlərin istifadə edildiyi suyla yuyulur və sosial məsafə qoyularaq dəfn edilir.

Meyiti yuyan heyət qoruyucu geyimdən istifadə edir. Cəsəd torbasıyla birgə tabuta qoyularaq dəfn edilir. Vəfat edənlər ayrı bir yerdə yox, ailə məzarlığında torpağa tapşırılır.

Qeyd edək ki, Türkiyədə də cənazə mərasimləri qadağan edilib. Ölkədə koronavirusdan ölənlərin sayı 21-ə çatıb.