Türkiyədə koronavirusla bağlı STATİSTİKA

Türkiyədə koronavirusla bağlı STATİSTİKAbackend

Türkiyədə son 24 saat ərzində daha 34 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Busaat.az-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz “Twitter” səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 431 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 035 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 159 797 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 286 nəfər olmaqla 122 793 nəfər təşkil edir.

Son sutka ərzində koronavirusla bağlı 21 043 test aparılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90