Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 724 $▲0.96%
  • Ethereum1 814 $▲2.60%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Türkiyədə “Təhlükəsiz Turizm Sertifikatı” alan mehmanxana sayı 5216-ya çatıb

image-turkiye-istanbul
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyədə 5216-sı mehmanxana, 2035-i restoran və kafe olmaqla ümumilikdə 10457 müəssisə və nəqliyyat vasitəsinə “Təhlükəsiz Turizm Sertifikatı” verilib.

Dünyanı ağuşuna alan koronavirus (COVID-19) pandemiyası müddətində Türkiyə turizm sahəsində gördüyü tədbirlərlə nümunə olub.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi ilə başladılan və COVID-19-a qarşı bütün tədbirlərin görüldüyünü təsdiqləyən Təhlükəsiz Turizm Sertifikatı Proqramı çərçivəsində xidmət göstərən turizm sektoru istirahət üçün gələnlərdə təhlükəsizlik hissi yaradır. Proqram çərçivəsində otellərdən tutmuş restoranlara, kafelərə və transfer xidməti göstərən nəqliyyat vasitələrinə qədər kriteriyalar müəyyənləşdirilib.

Tturizm müəssisələrində göstərilən xidmətin yerli və xarici turistlərin etibarını qazanmasıyla Türkiyə digər məkanlar arasında təsirini artırıb.

Turistlər seçimlərində “Təhlükəsiz Turizm Sertifikatı Proqramı”nın iki qolu olan “təhlükəsizlik” və “gigiyena”nı əsas götürürlər.

Sertifikatlaşdırma proqramının effektivliyinin artması, bəzi ölkələrin bu tətbiqi nümunə götürməsi və şəhərə gələn turistlərin məmnun qayıtması sektor nümayəndələrini sevindirir.

Türkiyənin Turizm Tanıtma və İnkişaf Agentliyindən əldə edilən məlumata görə, bütün meyarları yerinə yetirərək özünü təsdiqləyən 2871-i nazirlik, 2345-i isə bələdiyyə sertifikatına sahib olan 5216 mehmanxana Təhlükəsiz Turizm Sertifikatı almağa haqq qazanıb.

Mehmanxana sektoru ilə yanaşı 2035 restoran və kafe, 2836 nəqliyyat vasitəsi (tur və transfer vasitələri), 21 mədəniyyət və konqres mərkəzi, 327 dəniz turizm obyekti ilə nəqliyyat vasitəsi (istirahət gəmiləri və bənzər nəqliyyat vasitələri) və 10 tema parkı olmaqla ümumilikdə 10457 müəssisə və nəqliyyat vasitəsinə sertifikat verilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=49278