
Türkiyənin növbəti hərbi istehkamçıları ölkədədir
Türkiyə Silahlı Qüvvələrinin mina axtarma və təmizləmə üzrə 136 nəfərlik heyəti Azərbaycana gəlib.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən xəbər verilib.
Türkiyəli hərbi mütəxəssislər işğaldan azad edilmiş Azərbaycan torpaqlarının minalardan təmizlənməsi işini həyata keçirəcək.


















