Türklər İsveçdə Quranın yandırılmasına görə etirazlara davam edirlər – İCMAL

image-default-19backend

İsveçdə Quranın yandırılması Türkiyədə etirazlara səbəb olub ki, bu da iki ölkə arasındakı gərginliyi artırır.

Busaat.az xəbər verir ki, bunu Associated Press yazıb.

Belə ki, danimarkalı anti-islam fəal Rasmus Paludanın fotosunun yandırıldığı İstanbuldakı İsveç Konsulluğu qarşısında 250 nəfər toplaşıb. Paludan isə şənbə günü Türkiyənin Stokholmdakı səfirliyi qarşısında İslamın müqəddəs kitabını yandırıb. Bu hadisə həmin gecə İstanbul və Ankarada etirazlara səbəb olub.

Bazar günü keçirilən tədbirin iştirakçıları əllərində İslami iman bəyannaməsi və “İsveçin dövlət tərəfindən dəstəklənən İslamofobiyasını pisləyirik” yazılı pankartı əks etdirən yaşıl bayraqlar qaldırıblar. İsveç Konsulluğunun pəncərəsindəki lövhədə isə “Biz o kitab yandıran axmağın fikrini bölüşmürük” yazılıb.

Etirazlar Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzv olmaq cəhdini bloklamaq ilə bağlı narahatlığı yenidən artırıb. Türkiyə İsveçin Ankaranın təhlükəsizlik problemlərini həll etməli olduğunu bildirərək Şimali Avropa ölkələrinin hərbi alyansa üzvlüyünü hələ təsdiq etməyib.

Türkiyə rəsmiləri İsveçi Quran yandıran aksiyaya icazə verdiyinə görə qınasa da, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həftəsonu çıxışları zamanı bununla bağlı açıqlama verməyib.

İsveçin Baş naziri Ulf Kristersson şənbə günü tvitter hesabında ifadə azadlığının demokratiya üçün çox vacib olduğunu söyləyib, lakin əlavə edib: “Qanuni olan mütləq uyğun olandır demək deyil”.

“Çoxları üçün müqəddəs olan kitabları yandırmaq dərin hörmətsizlikdir. Bu gün Stokholmda baş verənlərdən incimiş bütün müsəlmanlara rəğbətimi bildirmək istəyirəm”, – Kristersson bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki