TV tarixində ilk: Xudafərinin yanından veriliş yayımlandı – VİDEO

image-xudaferinbackend

Azərbaycan Televiziyası TV məkanında ilk dəfə Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsünün yanında veriliş hazırlayıb və yayımlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, politoloq Tofiq Abbasovun təqdimatında efirə gedən verilişin mövzusu son günlərin əsas hadisələri – Hərbi Qənimətlər Parkının açılışı və ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans olub.

Tanınmış jurnalist, “Vikipediya” üzrə mütəxəssis Elnur Eltürk bu kimi verilişlərin vacibliyindən danışıb. Bildirib ki, son illər AzTV maraqlı verilişlərlə gündəmə gəlir:

“Heç kimə sirr deyil ki, əvvəllər AzTV-nin izləyicisi az idi. İndi bu kimi maraqlı verilişlərlə kanal itirilmiş izləyicini geri qazanıb. AzTV xalqımızın tarixini, milli-mənəvi dəyərlərini təbliğ edən verilişlər yayımlayır. Bu dəfə AzTV-nin teleməkanda ilk dəfə olaraq Xudafərin körpüsünün yanından veriliş yayımlamasını əlamətdar hadisə hesab edirəm”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90