Ukraynada parlament müxalifəti Zelenskiyə qarşı impiçment başladacaq

image-1230660backend

Ukraynanın Ali Radasında “Həyat Üçün- Müxalifət Platforması” bir sıra Ukrayna telekanallarına tətbiq olunan sanksiyalarla əlaqədar olaraq Prezident Vladimir Zelenskiyə qarşı impiçment prosesini başladacaq.

Busaat.az xəbər verir ki, bu barədə fraksiyanın həmsədri Vadim Rabinoviç parlamentin tribunasından çıxış edərkən bildirib.

“Fövqəladə partiya qurultayı keçirəcəyik və Zelenskiyə impiçment tətbiq edəcəyik”, – deyə o ifadə edib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının “112”, “Newsone”, “ZİK” televiziya kanallarına qarşı beş il müddətinə sanksiya tətbiq edilməsinə dair qərarın icrasına göstəriş vermişdi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90